
“Ayaks”ın neçə azarkeşi “Qarabağ”la oyun üçün Bakıya gələcək?
Niderland mətbuatı UEFA Çempionlar Liqasının 6-cı turunda “Qarabağ”la oyun üçün Bakıya gələcək “Ayaks”ın azarkeşlərinin sayını açıqlayıb.
Komanda.az “Supportersvereniging Ajax” portalına istinadən xəbər verir ki, Niderland klubunun azarkeşlərinə oyun üçün 1970 bilet ayrılıb ki, onlardan 1443-ü artıq alınıb.
Bu, ötən il “Ayaks”la Avropa Liqası matçını izləyən azarkeşlərin sayından xeyli çoxdur, həmin vaxt 450 azarkeş Azərbaycan paytaxtına səfər etmişdi.
“Qarabağ” – “Ayaks” matçı dekabrın 10-da Tofiq Bəhramov adına stadionda keçiriləcək. Oyuna saat 21:45-də start veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



