“Ayaks”ın hücumçusu rəsmən “Şalke”də

Almaniyanın “Şalke” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Ayaks”ın hücumçusu Klaas-Yan Huntelaarı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Əvvəllər də “Şalke”də oynamış niderlandlı forvardla mövsümün sonuna qədər müqavilə imzalanıb.

37 yaşlı futbolçu 2010-2017-ci illər aralığında məhz Almaniya klubunun uğurları üçün çalışmışdı. O, karyerası ərzində “Real”, “Milan” və PSV klublarının da formasını geyinib. Huntelaar milli komandada 76 oyuna 42 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button