“Nəyisə dəyişməyin mənasız olduğunu düşündüm”

“Ayaks”ın baş məşqçisi Erik ten Haq komandanın Çempionlar Liqasını tərk etməsini şərh edib.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, baş məşqçi Çempionlar Liqasının “Benfika” ilə 1/8 finalın cavab oyunundan (0:1, ilk oyun 2:2) sonra danışıb:

“Biz yaxşı hücumlar etdik və topla çox yaxşı işlədik. Ola bilsin ki, bizdə sadəcə yaradıcılıq çatışmırdı. Bir epizodda diqqətsiz olmağımızın daha da irəli getməyimizə mane olması çox məyusedicidir”.

Erik ten Haq matçda əvəzetmələri gec etməsinin səbəbini də açıqlayıb:

“Biz oyunda üstün idik. Ona görə də, nəyisə dəyişməyin mənasız olduğunu düşündüm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button