
“Ayaks”da yeni müqavilə
Niderlandın “Ayaks” klubu gənc hücumçusu Naci Ünüvarla müqavilənin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Yeni müqaviləyə əsasən, 17 yaşlı hücumçu 2022/23 mövsümünün sonuna kimi Niderland təmsilçisində çıxış edəcək.
Qeyd edək ki, “Ayaks”ın öz yetirməsi olan Ünüvar Niderlandın U-17 millisinin də şərəfini qoruyur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin