![](https://komanda.az/wp-content/uploads/2024/05/d99c2cef-8b6a-3103-a8ac-a3e995b2bc91_850-780x470.jpg)
“Ayaks”da yeni baş məşqçi
“Ayaks”ın yeni baş məşqçisi müəyyənləşib.
Komanda.az xəbər verir ki, bundan sonra Amsterdam klubunu Françesko Farioli çalışdıracaq.
35 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
İtaliyalı məşqçinin sonuncu iş yeri Fransa təmsilçisi “Nitsa” olub. O, daha əvvəl Türkiyənin “Alanyaspor” və “Fatih Karagümrük” klublarında da çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin