“Ayaks”da oynamaq mənim üçün şərəf idi”

İngiltərəli yarımmüdafiəçi Cordan Henderson “Ayaks”dan ayrılmasını şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, klubun azarkeşlərini uğurla sevindirə bilmədikləri üçün təəssüflənib:

“Bu klubla bağlı olan hər kəsə dərin təşəkkürümü bildirirəm. “Ayaks”da oynamaq mənim üçün şərəf idi. Çox təəssüf ki, burada olduğum müddətdə azarkeşləri böyük uğurla sevindirə bilmədik. Onlar ən vacib titulları yenidən qeyd etməyə layiqdirlər. Əminəm ki, bu vaxtlar tezliklə gələcək”.

Tərəflər müqaviləyə vaxtından əvvəl xitam vermək qərarına gəliblər. 35 yaşlı futbolçu Amsterdam klubunda 57 oyun keçirib, 1 qol vurub və 9 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button