“Ayaks”da 3 illik müqavilə

“Ayaks” klubu akademiyanın yetirməsi olan Naci Ünüvarla peşəkar müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, Amsterdam təmsilçisi 16 yaşlı yarımmüdafiəçi ilə 2022-ci ilin yayına qədər müqavilə imzalayıb.

Türk əsilli holland futbolçu bu mövsüm “Ayaks”ın U-17 və U-19 komandalarında forma geyinib. Ünüvar eyni zamanda 17 yaşadək futbolçulardan ibarət Hollandiya millisinin də şərəfini qoruyur. O, yığma ilə AÇ-2019-un qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button