“Ayaks” satdı, “Barselona” aldı, “Valveyk” qazandı
Frenki De Yonqun 86 milyon avro qarşılığında “Ayaks”dan “Barselona”ya transfer olması, keçmiş klubu “Valveyk” üçün də əhəmiyyətli rol oynayıb.

Komanda.az Hollandiya mətbuatına istinadən xəbər verir ki, bu transfer sayəsində, 21 yaşlı futbolçunu yetişdirən “Valveyk” 5 milyon avro qazanıb.
Hollandiya klubu bu pulun 4 milyon avroya qədərini ev oyunlarını keçirdiyi stadionunun qazonunu yeniləmək üçün xərcləyəcək. “Mandemakers” stadionunun süni örtüklü qazonu, mövsümün sonunda təbii ot örtüyü ilə əvəz olunacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin