
“Ayaks” – “Real” matçının baş hakimi dəyişdirildi
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək “Ayaks” – “Real” matçının baş hakimi dəyişdirilib.
Komanda.az xəbər verir ki, sözügedən qarşılaşmanı Şimon Marçinyakın əvəzinə, Damir Skomina idarə edəcək. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Marçinyak oyunda videoassistent vəzifəsini yerinə yetirəcək.
“Ayaks” – “Real” matçı sabah, saat 00:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin