
Tanınmış futbolçu Niderland klubundan ayrıldı – Rəsmi
İngiltərəli yarımmüdafiəçi Cordan Henderson Amsterdam “Ayaks”ını tərk edib.
Komanda.az xəbər bu barədə Niderland təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
35 yaşlı oyunçu 2024-cü ildən etibarən “Ayaks”ın formasını geyinirdi. O, bu müddət ərzində komandanın heyətində 57 oyuna çıxıb, 1 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
İngiltərəli futbolçu əsasən “Liverpul”dakı çıxışı ilə tanınır. O, 2011-2023-cü illər ərzində Mersisayd təmsilçisinin heyətində çıxış edib. Henderson “Liverpul”la birlikdə Premyer Liqanın çempionu, Çempionlar Liqasının, həmçinin, İngiltərə kuboku və superkubokunun qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



