Müqaviləni ləğv etdilər – Uzun müddət komada qalan futbolçu ilə

Niderlandın “Ayaks” klubu uzun müddət komada qalan futbolçusu ilə müqaviləni ləğv edib.

Komanda.az “De Telegraaf”a istinadən xəbər verir ki, klub Abdelhaq Nuri ilə yollarını ayırıb. Klubun koronavirus pandemiyası səbəbiylə yaranan böhranla bağlı bu addımı atdığı bildirilib.

“Ayaks” iyulun əvvəlinə, müqaviləsi başa çatana qədər futbolçuya məvacibini ödəməkdə davam edəcək.

Nurinin 2017-ci ilin iyulunda, “Verder”lə keçirilən yoxlama oyununda ürəyi dayanmış və o, uzun müddət komada qalmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button