
“Ayaks” İngiltərə klubunun futbolçusunu istəyir
İngiltərənin Çempionşip təmsilçisi “Midlsbro”nun hücumçusu Çuba Akpom karyerasını Niderlandda davam etdirə bilər.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, “Ayaks” 27 yaşlı ingiltərəli futbolçunu transfer etmək istəyir. Klub hücumçu üçün 11,5 milyon avro təklif etməyə hazırdır.
Akpom “Arsenal”ın yetirməsidir. O, 2022/23 mövsümündə 38 liqa oyununa çıxıb, 28 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin