Ten Haq onun satılmasını istəyir
“Ayaks” “Mançester Yunayted”in yarımmüdafiəçisi Donni van de Beeki transfer etməkdə maraqlıdır.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq niderlandlı yarımmüdafiəçini satmaq və klubun büdcəsini artırmaq tərəfdarıdır.
26 yaşlı futbolçu 2020-ci ildən “qırmızı şeytanlar”ın heyətində 60 oyunda forma geyinib, iki qol vurub və iki məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2025-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin