“Ayaks” “İnter”dən 35 milyon avro tələb edir

“İnter” rəhbərliyi “Ayaks”ın hücumçusu Sebastyan Hallerin nümayəndələri ilə görüşüb.

Komanda.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, Hallerin nümayəndələri “Ayaks”ın futbolçuya görə 35 milyon avro istədiyini bildiriblər. “İnter”də isə bu məbləğin çox yüksək olduğunu düşünürlər. Buna baxmayaraq, futbolçunun özü Milan klubuna keçmək istədiyi üçün tərəflər danışıqları davam etdirəcək.

Hallerin “Ayaks”la müqaviləsi 2025-ci ilin iyununa qədərdir. “Transfermarkt”da onun qiyməti 30 milyon avro göstərilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button