“Ayaks” gürcüstanlı bombardiri transfer etdi – Rəsmi

“Mets”in hücumçusu Georges Mikautadze “Ayaks”a keçib.

Komanda.az Niderland klubunun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı gürcü futbolçu ilə müqavilə 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Mikautadze “Mets”in gənclər akademiyasında çıxış edib və 2019-cu ildən Fransa klubunun əsas komandasında forma geyinib.

Futbolçu ötən mövsüm Liqa 2-nin bombardiri olub. O, 37 oyun keçirib, 23 qol vurub və 8 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button