“Arsenal” Niderland klubunun təklifindən imtina edib

“Ayaks” ötən mövsüm David Raya ilə rəqabətdə məğlub olan və start heyətdə yerini itirən “Arsenal”ın qapıçısı Aaron Ramsdeylə gözünü dikib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Niderland klubu “Arsenal”a mövsümün sonuna qədər olan icarə təklif etsə də, “topçular” dərhal bundan imtina edib. İngiltərə klubu qolkiperi daimi olaraq satmaq istəyir.

“Ayaks” yarışdan kənarda qalmayıb və sövdələşməni sərfəli şərtlərlə yekunlaşdırmağa ümid edir.

Ramsdeyllə “Nyukasl” da daxil olmaqla İngiltərə Premyer Liqasının bir neçə klubu maraqlanır. O, “Arsenal”a 2021-ci ilin yayında “Şeffild Yunayted”dən keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button