“Ayaks” milli üzvüylə yeni müqavilə imzaladı
“Ayaks” futbolçusu Rayan Qravenberxin müqaviləsinin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, bu barədə Amsterdam təmsilçisinin rəsmi saytı məlumat yayıb. 18 yaşlı yarımmüdafiəçi ilə müddəti 2023-cü ilin yayına qədər olan sözləşmə imzalanıb.
Koronavirusa görə ləğv olunan Niderland Erediviziyasında “Ayaks”la 9 oyunda iştirak edən Qravenberx, 2 qolla yadda qalmışdı.
2019-cu ildən “Ayaks”ın əsas komandasında çıxış edən Qravenberx, 19 yaşadək futbolçulardan ibarət Niderland millisinin də üzvüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin