
“Ayaks” baş məşqçisi ilə vidalaşdı – Rəsmi
“Ayaks” baş məşqçisi Frençesko Farioli ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə Amsterdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
36 yaşlı mütəxəssisin klubu tərk etməyə qərar verdiyi bildirilib. O, bu barədə İdarə Heyətini məlumatlandırıb.
Frençesko Farioli 2024-cü ilin mayında “Ayaks”la 3 illik müqavilə imzalamışdı. Onun komandası cari mövsüm ölkə çempionatını 78 xalla 2-ci pillədə başa vurub. “Ayaks” çempion PSV-dən 1 xal az toplayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



