“Ayaks” Ziyexə mane olmayacaq

Son mövsümdə “Ayaks”ın heyətində göstərdiyi oyunla diqqəti üzərinə çəkən Hakim Ziyexin transferi ilə bağlı klubdan açıqlama verilib.

Komanda.az Hollandiya mətbuatına istinadən xəbər verir ki, klubun idman direktoru Mark Overmars, 26 yaşlı futbolçunun ayrılmasına mane olmayacaqlarını bildirib:

“Ziyexlə çox böyük klublar maraqlanır. Üç il əvvəl onu transfer edərkən, yaxşı bir klub onu istəyərsə, komandadan ayrılmasına mane olmayacağımıza söz vermişdik”.

Mərakeşli futbolçu bu mövsüm “Ayaks”ın heyətində iştirak etdiyi 49 oyunda 21 qol, 24 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button