
“Ayaks” 20 yaşlı futbolçunu heyətinə qatıb
“Ayaks” “Roma”nın yarımmüdafiəçisi Benjamin Tahiroviçi transfer etdiyini açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Niderland klubu 20 yaşlı futbolçu üçün İtaliya təmsilçisinə təxminən 8.5 milyon avro ödəyib.
Bosniya və herseqovinalı oyunçu 2021-ci ilin fevralında “Roma”ya keçib. O, paytaxt təmsilçisinin heyətində 13 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin