“Oyun mükəmməl alınmadı” – “Mançester Siti”yə 3 qol vuran futbolçu
“Sportinq”in hücumçusu Viktor Gyökeres Çempionlar Liqasının ümumi mərhələsinin 4-cü turunda “Mançester Siti” üzərində qələbədən (4:1) sonra oyun haqda danışıb.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, bunu söyləyib:
“Oyun demək olar ki, mükəmməl alınmadı, amma rəqibə qarşı mübarizə yollarını tapdıq, buna öyrəşmədik, uyğunlaşdıq. Əks-hücumlarda yaxşı oynadıq və dörd qol vurduq”.
Gyökeres MS ilə matçda komandasının qollarından üçünə imza atıb. O, hazırda Çempionlar Liqasında artıq 5 qol vurub və bombardirlər siyahısına “Bayern”in hücumçusu Harri Keyn ilə birgə başçılıq edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin