“Axı nəyə görə istefa verməliyəm?” – Santuş

“Azərbaycan millisi ilə müqavilə müddətim davam edir”.

Komanda.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş mətbuat konfransında deyib.

Mütəxəssis İslandiya yığmasına qarşı keçirilən DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:

“İlk hissədə yaxşı müdafiə oluna bildik. İstəyirdik ki, müdafiədən oynayaraq əks-hücumlara bel bağlayaq. İlk hissənin sonlarında künc zərbəsindən qol buraxdıq. Fasilədə futbolçulara sakit olmalarını tapşırdım. Təəssüf ki, ikinci qolu buraxdıqdan sonra komanda tamamilə özünü itirdi.

Mənim Azərbaycan millisi ilə müqavilə müddətim davam edir. AFFA məni istefaya göndərmək istəsə, bu barədə danışa bilərik. Axı nəyə görə istefa verməliyəm?”

İslandiya – Azərbaycan görüşü ev sahiblərinin 5:0 hesablı qələbəsi ilə bitib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button