“Axı biz futbolçulara maaşı avro ilə deyil, rublla veririk” – “Ural”ın prezidenti
Rusiyanın “Ural” klubunun prezidenti Qriqori İvanov avronun bahalaşmasına reaksiya verib.
Bu gün Moskva birjasında avro 126, dollar isə 110 rubla qədər bahalaşıb.
Komanda.az Rusiya mətbuatına istinadən xəbər verir ki, klub prezidenti avronun bahalaşmasının bütün komandalara təsir edəcəyini deyib:
“Düşünürəm ki, avronun bahalaşması təkcə “Ural”a deyil, bütün komandalara təsir edəcək.
Gəlin, indi vəziyyətin inkişafına baxaq. Axı biz futbolçulara maaşları avro ilə deyil, rublla veririk”.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin