“Zalsburq”un 2 üzvü üç aylıq futboldan uzaqlaşdırıldı
Avstriyanın “Zalsburq” klubunun və Mali milli komandasının üzvləri Məhəmməd Kamara və Seku Koyta cəzalandırılıb.
Komanda.az xəbər verir ki, UEFA hər iki futbolçunu dopinq istifadə etdiyi üçün üç aylıq futboldan diskvalifikasiya edib. Bu barədə futbol qurumunun mətbuat xidməti məlumat yayıb.
Kamara və Koyta Mali milli komandasının düşərgəsində dopinq qəbul edib. Onlar qadağan olunmuş maddəni yığmanın düşərgəsində yüksəklik xəstəliyi olan insanlar üçün nəzərdə tutulmuş dərmanın tərkibində qəbul ediblər.
Hər iki futbolçu 3 aylıq həm milli, həm də klub səviyyəsində yarışlardan kənarlaşdırılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin