Şahin Diniyev: “Avropa çempionatında bir sürpriz komanda görünür”

“Səbail”in baş məşqçisi Şahin Diniyev Almaniyada keçirilən Avropa çempionatı haqda fikirlərini bölüşüb.

58 yaşlı çalışdırıcı Komanda.az-a açıqlamasında Türkiyə millisinə azarkeşlik etdiyini bildirib:

“Bəli, Avropa çempionatına baxıram. Maraqlı turnirdir, baxmayaraq ki, bütün futbolçular mövsümboyu 70-ə yaxın oyun keçiriblər. Yorğun olacaqlarını düşünürdüm, ancaq belə olmadı.

Birinci matçda bütün komandalar ehtiyatlı oynadı. Əlbəttə, birinci oyun çox vacibdir. Hər bir komanda uduzmamaq və turnirə yaxşı başlamaq istəyirdi. Bəziləri öz oyunlarını oynaya bilmədi. Komandalar daha çox taktiki oyuna üstünlük verirdilər. İkinci oyunda güclər artıq ortaya qoyuldu, Almaniya, Fransa, İspaniya, eyni zamanda, Niderlandın gücü göründü. Almaniyayla yanaşı, İngiltərə favorit görünür. Amma təcrübə göstərir ki, qrupdan zəif olaraq çıxan komandalar sonradan yavaş-yavaş öz pik formalarına çatırlar. İki turdan sonra Fransa, Almaniya, İspaniya yaxşı çıxış edir. Eyni zamanda, Avropa çempionatında bir sürpriz komanda da görünür. Avstriyanın sürpriz edəcəyini düşünürəm. Azarkeşlik etdiyim komanda isə Türkiyə millisidir”.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button