6 xal silindi, lider dəyişdi – Bundesliqada
Avstriyanın LASK klubu koronavirus pandemiyasına görə müəyyən olunan idman protokollarına əməl etmədiyi üçün cəzalandırılıb.
Komanda.az xəbər verir ki, Bundesliqa rəhbərliyinin qəbul etdiyi qərarlara uymayaraq, kollektiv məşqlər edən LASK-ın 6 xalı silinib. Bu barədə Bundesliqanın rəsmi saytı məlumat yayıb. Linz təmsilçisinə 75 min avro da pul cəzası verilib.
Bundesliqada əvvəl 27 xalla lider olan LASK, hazırda 21 xalla 2-ci sıradadır. Lider isə 24 xalla “Zalsburq”dur.
LASK klubunun bu qərara etiraz etmək hüququ var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin