Bundesliqanın liderindən federasiyaya şikayət olundu

Avstriyanın LASK klubu karantin qaydalarını pozmaqda ittiham olunur.

Komanda.az xəbər verir ki, yerli federasiya koronavirus pandemiyasına görə sosial məsafə qaydalarına riayət etməklə klublara məşqləri bərpa etməyə icazə verib. Ancaq LASK klubu bu qaydalara əməl etməyib və futbolçular toplu məşqlər keçiriblər.

Avstriya Bundesliqasının 11 klubu LASK-la bağlı federasiyaya video ilə birgə məktub göndərib və onlardan şikayət edib. Lints təmsilçisinin cəzalandırılıb-cəzalandırılmayacağı bəlli deyil.

Koronavirus pandemiyasına görə dayandırılan Avstriya Bundesliqası iyunun 2-də bərpa olunacaq. 22 turu keçirilən çempionatda LASK liderdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button