Avstriyalı futbolçu millimizlə oyunu buraxa bilər
Futbol üzrə Avstriya yığmasının yarımmüdafiəçisi Valentino Lazaro AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan və Estoniya millilərinə qarşı keçirəcəkləri oyunları buraxa bilər.
Komanda.az xəbər verir ki, buna İtaliyanın “Torino” klubunun formasını geyinən futbolçunun zədələnməsi səbəb olub.
Belə ki, 27 yaşlı futbolçu A seriyasının 17-ci turu çərçivəsində “Salernitana” ilə (1:1) görüşün 71-ci dəqiqəsində sağ dizindən xəsarət alaraq əvəzlənib. Onun uzun müddətə sıradan çıxdığı bildirilib. Yarımmüdafiəçi böyük ehtimalla Azərbaycan və Estoniya ilə matçları buraxacaq.
Xatırladaq ki, Avstriya yığması AÇ-2024-ün seçmə mərhələsində martın 24-də Azərbaycan, 27-də isə Estoniya millisi ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin