Karantində müsəlman oldu FOTO

Avstriyalı boksçu Vilhelm Ott İslam dinini qəbul edib.

Komanda.az xəbər verir ki, bu barədə 37 yaşlı idmançı “instagram” hesabında məlumat yayıb. Ott, müsəlman olmasıyla bağlı bunları deyib:

“Uzun müddət idi ki, ağlımda belə bir şey var idi. Karantin müddətində İslamın dəyərləri mənə güc verdi. Tərəddüdsüz İslamı seçdim və Allaha inanıram.

Artıq bir müsəlman olduğumu deyə bilərəm. Sadəcə dostlarıma deyəcəkdim, ancaq hər kəsin bilməli olduğunu düşündüm. Bu qədər diqqət çəkəcəyimi bilməzdim. Böyük marağına görə İslam dünyasına təşəkkür edirəm. Hər kəsə qəlbimdən sevgilərimi göndərirəm və “maşallah” deyirəm”.

2008-ci ildən peşəkar boksla məşğul olan Ott, iştirak etdiyi 33 görüşün 6-da qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button