“Qarabağ”dan “Auqsburq”la məhsuldar heç-heçə
Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün yoxlama oyunu keçirib.
Komanda.az xəbər verir ki, Ağdam təmsilçisi “Auqsburq”la qarşılaşıb. Bundesliqa təmsilçisi ilə görüş saat 20:00-da start götürüb. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib. Matçda hesabı Patrik Andrade açıb. Daha sonra Xayme Romero Ağdam təmsilçisinin ikinci qoluna imza atıb. 37-ci dəqiqədə penalti qazanan Almaniya klubu fərqi azaldıb. Fasilə ərəfəsində isə Bundesliqa təmsilçisi daha bir qol vurmaqla matçda yekun nəticəni müəyyənləşdirib.
“Qarabağ” Avstriyada bundan öncə daha iki yoxlama oyunu keçirmişdi. “Köhlən atlar” Bolqarıstanın ÇSKA komandasını məğlub edib (1:0), Rusiya “Arsenal”ına isə uduzub (0:1).
Yoxlama oyunu
15 iyul
Qarabağ – Auqsburq (Almaniya) 2:2
Bizi Facebook-da izləyin