AÇ-2020: Avstriya millisinin üzvü ən yaxşı seçildi
AÇ-2020-nin C qrupu çərçivəsində keçirilən Ukrayna – Avstriya matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Komanda.az xəbər verir ki, Avstriya yığmasının yarımmüdafiəçisi Florian Qriliç bu görüşün ən yaxşısı seçilib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 25 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının qələbə qazanmasında pay sahiblərindən biri olub.
Qeyd edək ki, Ukrayna – Avstriya matçı 0:1 hesabıyla başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin