Avstriya millisinin Azərbaycanla oyun üçün HEYƏTİ
Avstriya yığmasının AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan və Estoniya millilərinə qarşı keçirəcəyi oyunların heyəti məlum olub.
Komanda.az xəbər verir ki, Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik 25 futbolçuya dəvət göndərib. Zədə səbəbindən iştirakı sual altında olan kapitan David Alaba, digər müdafiəçi Filipp Lienhart və hücumçu Marko Arnautoviç də heyətdə yer alıb:
Qapıçılar: Niklas Hedl (“Rapid”, Vyana), Haynts Lindner (“Syon”, İsveçrə), Aleksander Şlager (LASK);
Müdafiəçilər: David Alaba (“Real”, İspaniya), Kevin Danso (“Lans”, Fransa), Filipp Lienhart (“Frayburq”, Almaniya), Filipp Muene (PSV, Niderland), Stefan Poş (“Bolonya”, İtaliya), Qernot Trauner (“Feyenoord”, Niderland), Maksimilian Vöber (“Lids”, İngiltərə);
Yarımmüdafiəçilər: Conas Oyer (“Rapid”, Vyana), Kristof Baumqartner (“Hoffenhaym”, Almaniya), Matias Honsak (“Darmştadt”, Almaniya), Florian Kaynts, Deyan Lyubiçiç (hər ikisi “Köln”, Almaniya), Konrad Laymer (“Leyptsiq”, Almaniya), Aleksander Prass (“Şturm”), Marsel Sabitzer (“Mançester Yunayted”, İngiltərə), Nikolas Seyvald (“Zalsburq”), Patrik Vimmer (“Volfsburq”, Almaniya);
Hücumçular: Junior Adamu (“Zalsburq”), Marko Arnautoviç (“Bolonya”, İtaliya), Mixael Qreqoritş (“Frayburq”, Almaniya), Karim Onisivo (“Maynts”, Almaniya), Andreas Veymann (“Bristol Siti”, İngiltərə)
Avstriya yığması martın 24-də Azərbaycan, 27-də isə Estoniya millisini qəbul edəcək. Hər iki oyun Linz şəhərindəki “Raiffeisen Arena”da keçiriləcək.
Bizi Facebook-da izləyin