
AÇ-2020: “Yaxşı komandamız və yüksək potensialımız var”
Avstriya milli komandasının futbolçusu David Alaba AÇ-2020-nin qrup mərhələsinin ilk turunda Şimali Makedoniya yığmasını məğlub etdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, Alaba, 3:1 hesabıyla bitən oyunla bağlı bunları deyib:
“Xoşbəxtik, ilk oyunumuzu qazandıq. Turnirə yaxşı başlamaq istəyirdik. AÇ-2016-da bunu bacarmamışdıq. Yaxşı komandamız və yüksək potensialımız var. Bu gün oyuna sonradan daxil olan iki futbolçumuz qol vurdu. Çox vacib qələbə qazandıq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin