Avstriya klubundan Mahir Emreli açıqlaması: “Bu, tamamilə cəfəngiyyatdır”
“Qarabağ”ın futbolçusu Mahir Emrelinin Avstriyanın “Şturm” klubunun maraq dairəsində olduğu ilə bağlı iddialar var.
Komanda.az xəbər verir ki, klubun idman direktoru Andreas Şiker yayılan xəbərlərə münaasibət bildirib. O, “kleinezeitung.at” saytına açıqlamasında, Mahirlə maraqlandıqlarına dair xəbərləri təkzib edib:
“Bu, tamamilə cəfəngiyyatdır. Bizim forvard transferi ilə bağlı heç bir kluba müraciətimiz olmayıb. Əsas hücumçumuz Bekim Balyay komandada qalır. Onun Türkiyə klubuna keçəcəyi ilə bağlı xəbərlər də həqiqəti əks etdirmir”.
Mahirin adı “Şturm”la yanaşı Polşa klubları ilə də hallanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin