İdman jurnalisti öldürüldü
Avstriya İdman Jurnalistləri Birliyinin üzvü Frits Duras öldürülüb.
Komanda.az xəbər verir ki, bu barədə Beynəlxalq İdman Jurnalistləri Birliyi məlumat yayıb. Xəbərdə, Durasın Vyana şəhərində, 17 yaşlı gənc tərəfindən qətlə yetirildiyi bildirilir. Durasın öldürülmə səbəbi isə məlum deyil.
İdman fotoqrafı olan Duras, eyni zamanda Avstriya “Austria”sının fan-klubunun rəhbəri idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin