Avstriya – Azərbaycan matçının məkanı dəqiqləşdi
Azərbaycan millisinin AÇ-2024-ün seçmə mərhələsində Avstriya ilə səfər oyununun Linsdə keçiriləcəyi dəqiqləşib.
Komanda.az xəbər verir ki, bunu Avstriya Futbol Assosiasiyasının maliyyə meneceri Bernhard Neuhold açıqlayıb.
O bildirib ki, seçmə mərhələdə Azərbaycan və Estoniya ilə ilk iki ev matçı yeni tikilən “Raiffeisen Arena”da baş tutacaq. Bununla Avstriya yığması 1981-ci ildən sonra ilk dəfə Linsdə rəsmi görüşə çıxacaq.
17 min tamaşaçı tutumuna malik “Raiffeisen Arena”da açılış matçı fevralın 24-də ölkə çempionatının 19-cu turu çərçivəsində LASK-la “Lustenau” arasında olacaq.
Qeyd edək ki, AÇ-2024-ün seçmə mərhələsinin ilk iki turunda Avstriya millisi martın 24-də Azərbaycanı, 27-də isə Estoniyanı qəbul edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin