Tokio-2020: Avstraliya yığmasından rekord göstərici və qızıl medal
Avstraliyanın qadınlardan ibarət üzgüçülük komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.
Komanda.az xəbər verir ki, yığma 4×100 metr sərbəst estafetdə dünya rekordunu da yeniləyib. Avstraliya millisi 4×100 metri 3 dəqiqə 29,69 saniyə göstərici ilə bitirərək, rekord qırıb.
Bundan əvvəlki rekord da Avstraliya yığmasına aid idi. Milli 2018-ci ildə 4×100 metr məsafəyə yarışı 3 dəqiqə 30,05 saniyəyə bitirmişdi.
4×100 metr sərbəst estafetdə 2-ci Kanada, 3-cü isə ABŞ olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin