DÇ-2022: “Hər dəfə belə də olmalıdır” – Arnold
Avstraliya yığmasının baş məşqçisi Qrehem Arnold DÇ-2022-nin 1/8 finalında Argentinaya məğlubiyyətdən sonra (1:2) ölkə rəhbərliyinə müraciət edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, yığma komandanın azarkeşləri haqda danışıb:
“Azarkeşlərimiz dünya çempionatında olmaqdan çox sevindilər. Hər dəfə belə də olmalıdır. Dövlətin bu idman növünün inkişafına sərmayə qoymasına ehtiyacımız var”.
DÇ-2022-də 1/8 finala qədər irəliləmək Avstraliya millisinin dünya çempionatları tarixində ən yaxşı uğuru olaraq qalır. DÇ-2006-da onlar pley-offa çıxsalar da, İtaliya yığmasına məğlub olmuşdular.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin