Avstraliya millisinin yeni baş məşqçisi məlum oldu
Avstraliya millisinin yeni baş məşqçisi müəyyənləşib.
Komanda.az milli komandanın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu posta İngiltərənin “Kristal Pelas” klubunun sabiq futbolçusu Toni Popoviç təyin olunub.
Tərəflər arasında 2 illik müqavilə imzalanıb.
Popoviç bu vəzifədə 2018-ci ildən komandaya rəhbərlik edən Qrem Arnoldu əvəzləyib. Sabiq baş məşqçinin rəhbərliyi altında Avstraliya yığması DÇ-2022-nin 1/8 finalına qədər irəliləyib və burada Argentinaya uduzub.
Komanda DÇ-2026-nın seçmə mərhələsinin son iki oyununda Bəhreynə uduzub (0:1), İndoneziya ilə heç-heçə edib (0:0).
Popoviç 5 il “Kristal Pelas”da oynadıqdan sonra bu komandanın məşqçilər korpusunda yer alıb. Yunanıstan və Türkiyədə də çalışmış mütəxəssis 2021-2024-cü illərdə Avstraliyanın “Melburn” klubunun baş məşqçisi olub.
Bizi Facebook-da izləyin