
Avstraliya mətbuatı Qurban Qurbanovu yada saldı
Avstraliya mətbuatı bir komandada uzun müddət baş məşqçi kimi fəaliyyət göstərən mütəxəssislər haqda yazıb.
Komanda.az “Sporting News”-a istinadən xəbər verir ki, siyahıya altı məşqçinin adı daxil edilib.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 2-ci pillədə qərarlaşıb. Avstraliyalı jurnalistlər azərbaycanlı məşqçinin 2008-ci il avqustun 4-dən (16 il, 244 gün) “Qarabağ”a rəhbərlik etməsini xüsusi qabardıb. Qurbanov yalnız “Haydenhaym”in baş məşqçisi Frank Şmidtdən (17 il, 197 gün) geri qalır.
Siyahıda Saymon Uiver (“Harroqeyt Taun”, İngiltərə), Koldo (Andorra millisi), Luk Holts (Lüksemburq millisi) və Dieqo Simeone (“Atletiko”, İspaniya) də yer alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



