
Avstraliya klubu Müllerlə danışıq aparır
Almaniyalı hücumçu Tomas Müller “Bayern”lə yollarını ayırdıqdan sonra yeni klub axtarışlarına davam edir.
Şayiələr uzun müddətdir ki, Müllerin adını MLS-ə keçidlə əlaqələndirirdi və onun özü də müsahibələrində karyerasını davam etdirmək üçün bu variantda maraqlı olduğunu açıq şəkildə bildirirdi.
Komanda.az “Bayern&Germany”-yə istinadən xəbər verir ki, 35 yaşlı forvard gözlənilmədən Avstraliyaya yollana bilər. Belə ki, “Sidney” onunla bir neçə həftədir danışıqlar aparır.
Sözləşmə Avstraliya liqası tarixində ən yüksək səviyyəli müqavilələrdən biri ola bilər. Baxmayaraq ki, klubun Mülleri inandırmaq şansı hələ çox da yüksək deyil.
Müller hələ də ABŞ-a köçməyə meyllidir, ancaq Avstraliya variantı istisna edilmir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin