Avstraliyaya buraxılmayan Cokoviçlə bağlı qərar verildi
Avstraliya federal məhkəməsi serbiyalı tennisçi Novak Cokoviçin iddiasını təmin edib.
Komanda.az xəbər verir ki, bir neçə gün əvvəl ölkəyə girişinə qadağa qoyulan 35 yaşlı idmançının vizasının ləğv edilməsi və ölkədən deportasiya olunması qərarı qüvvədən düşüb.
Bir neçə gündür karantin otelində qalan Cokoviç dörd gün davam edən hüquqi prosesdə qalib gəlib. Məhkəmə vizanın ləğvi üçün heç bir səbəbin olmadığı qənaətinə gəlib və serbiyalı tennisçinin oteldən buraxılmasına qərar verib. Onun pasportu və şəxsi əşyaları geri qaytarılıb.
Məhkəmənin qərarına baxmayaraq, hökumət vəkili Kris Tran vizanın ləğvi üçün yenidən müraciət edə biləcəklərini söyləyib. Onun sözlərinə görə, Avstraliyada nazirlik immiqrasiya qanunlarına əsasən vizaları ləğv etmək səlahiyyətinə sahibdir. Hökumət bu səlahiyyətdən istifadə etsə, Cokoviçin 3 il Avstraliyaya daxil olması qadağan ediləcək.
Novak Cokoviçin vizasının ləğv olunmasına səbəb koronavirusa qarşı peyvənd və testlə bağlı bəndi səhv doldurması olub.
Bizi Facebook-da izləyin