
“Avropanın ən yaxşı komandalarından birinə sahibik”
“Barselona”nın müdafiəçisi Serxi Roberto yeni mövsümdəki gözləntilərindən danışıb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu bütün titullar uğrunda mübarizə aparacaqlarını deyib:
“Biz Avropanın ən yaxşı komandalarından birinə sahibik. Ona görə də, heç bir bəhanəmiz olmamalıdır. Bütün titullar üçün mübarizə aparacağıq. Bu, bizim məqsədimizdir”.
“Barselona” İspaniya La Liqasında ilk oyununu avqustun 13-də “Rayo Valyekano”ya qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin