4 klub Musiala üçün yarışacaq
“Bayern”in yarımmüdafiəçisi Camal Musiala hələ müqaviləsini yeniləməyib.
21 yaşlı oyunçunun hazırkı sözləşməsi il yarımdan sonra başa çatacaq ki, bu da Avropanın digər klublarının marağına səbəb olub.
Komanda.az “CaughtOffside”-a istinadən xəbər verir ki, “Liverpul”, “Mançester Siti”, PSJ və “Real” Musiala üçün yarışacaq. Bu dörd klub almaniyalı oyunçu üçün yanvarda danışıqlara başlaya bilər.
Musiala Vensan Kompaninin komandasıında 22 oyunda 14 qol vurub və 6 məhsuldar ötürmə edib. Almaniyalı yarımmüdafiəçinin dəyəri 140 milyon avro qiymətləndirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin