Avropanın TOP-5 liqaları: Nə vaxt başlayır, ilk turda kimlər qarşılaşacaq?

Yay ayları əsl futbolsevərlər üçün iztirabdır. Daxili çempionatların, avrokubok oyunlarının olmadığı müddətdə azarkeşlər ya yoldaşlıq görüşlərini izləyərək mövcud boşluğu doldurmağa çalışırlar, ya da başa çatan mövsümün ən maraqlı və unudulmaz matçlarını təkrar seyr edirlər.

Komanda.az klubların transfer məsələləri ilə məşğul olduğu zaman kəsiyində yaranan fasiləni dəyərləndirərək, sizi Avropanın TOP-5 liqalarının başlama tarixləri və 1-ci turların qarşılaşmaları ilə tanış edir:

  • İngiltərə Premyer Liqası avqustun 11-də start götürəcək. Son çempion “Mançester Siti” cəmi bir illik fasilədən sonra yenidən ölkə çempionatına qayıdan “Bernli” ilə qarşılaşacaq. 2022/23 mövsümündə çempionluğu son turlarda itirən “Arsenal” “Nottingem Forest”i, bürünc medallara yiyələnən “Mançester Yunayted” isə “Vulverhempton”u qəbul edəcək. Turun mərkəzi qarşılaşması Londonda baş tutacaq: Maurisio Poçettinonun “Çelsi”si Yurgen Kloppun “Liverpul”u ilə üz-üzə gələcək.

11 avqust

Bernli – Mançester Siti

12 avqust

Arsenal – Nottingem Forest
Bornmut – Vest Hem
Brayton – Luton
Everton – Fulhem
Şeffild Yunayted – Kristal Pelas
Nyukasl – Aston Villa

13 avqust

Brentford – Tottenhem
Çelsi – Liverpul

14 avqust

Mançester Yunayted – Vulverhempton

  • İspaniya La Liqası da avqustun 11-də həsrətə son qoyacaq. Xavinin “Barselona”sı birinci turda “Xetafe”, Karlo Ançelottinin “Real”ı isə “Atletik” səfərinə yollanacaq. Madrid “Atletiko”su evdə Sequndanın son qalibi “Qranada”nı qəbul edəcək. Başa çatan mövsümdə Avropa Liqasını qazanan “Sevilya” isə “Valensiya” ilə üz-üzə gələcək.

11 avqust

Almeriya – Rayo Valyekano
Sevilya – Valensiya

12 avqust

Real Sosyedad – Jirona
Las Palmas – Malyorka
Atletik – Real

13 avqust

Selta – Osasuna
Vilyarreal – Betis
Xetafe – Barselona

14 avqust

Kadis – Alaves
Atletiko – Qranada

  • Fransa Liqa 1-in startı avqustun 13-də reallaşacaq. Son çempion PSJ ilk turda “Loryan”la qarşılaşacaq. 2022/23 mövsümündə gümüş medallara sahib çıxan “Lans” “Brest” səfərinə yollanacaq. “Marsel” evdə “Reyms”i, “Renn” isə debutant “Metz”i qəbul edəcək.

Brest – Lans
Klermon – Monako
Marsel – Reyms
Monpelye – Le Havr
Nant – Tuluza
Nitsa – Lill
PSJ – Loryan
Renn – Metz
Strasburq – Lion

QEYD: “Brest” – “Lans” matçı avqustun 13-də baş tutacaq. Turun digər oyunlarının tarixləri haqda əlavə məlumat veriləcək.

  • Almaniya Bundesliqası avqustun 18-də başlayacaq. 2022/23 mövsümündə çətinliklə çempion olan “Bayern” ilk oyunu səfərdə keçirəcək. Onlar Bremen səfərinə yollanacaqlar və yerli “Verder” klubu ilə qarşılaşacaqlar. Ötən mövsümdə çempionluğu cüzi fərqlə əldən buraxan “Borussiya” (Dortmund) “Köln”lə, bürünc medallara yiyələnən “Leyptsiq” isə Xabi Alonsonun “Bayer”i (Leverkuzen) ilə qarşılaşacaq. Berlin təmsilçisi “Union” “Maynts”ı qəbul edəcək.

18 avqust

Verder – Bayern

19 avqust

Auqsburq – Borussiya (Münhenqladbax)
Bayer (Leverkuzen) – Leyptsiq
Hoffenhaym – Frayburq
Ştutqart – Bohum
Volfsburq – Haydenhaym
Borussiya (Dortmund) – Köln

20 avqust

Union (Berlin) – Maynts
Ayntraxt (Frankfurt) – Darmştadt

  • İtaliyada futbol bayramı avqustun 19-da start götürəcək. 33 illik fasilədən sonra çempion olan “Napoli” debutant “Frozinone” ilə qarşılaşacaq. Başa çatan mövsümün ikincisi “Latsio” “Leççe” ilə, Çempionlar Liqasının finalında uduzan “İnter” isə “Montsa” ilə üz-üzə gələcək. “Milan” “Bolonya”, “Yuventus” isə “Udineze” səfərinə yollanacaq.

19 avqust

Empoli – Verona
Frozinone – Napoli
Cenoa – Fiorentina
İnter – Montsa

20 avqust

Roma – Salernitana
Sassuolo – Atalanta
Leççe – Latsio
Udineze – Yuventus

21 avqust

Torino – Kalyari
Bolonya – Milan

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button