“Mançester Yunayted” və PSJ-nin istədiyi futbolçu qərarını verdi

Avropanın nəhəng klublarının hədəfində olan serbiyalı futbolçu Sergey Milinkoviç-Saviç karyerasıyla bağlı qərarını verib.

Komanda.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi yeni mövsümdə də “Latsio”da qalacağını deyib:

“İlk mövsümdən hədəfim “Latsio” ilə Çempionlar Liqasında oynamaq idi, indi də buna nail olduq. Burada xoşbəxtəm və bütün diqqətim “Latsio”dadır. Müqaviləmin müddətinin bitməsinə hələ çox var, buna görə də, burada qalıram”.  

“Latsio” ilə 2024-cü ilin yayına qədər müqaviləsi olan Sergey, “Mançester Yunayted”, PSJ kimi klubların transfer hədəfindədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button