“Hazırda Avropanın ən yaxşı komandası “Bayern”dir”

Almaniya millisinin və “Bayern”in sabiq futbolçusu Lotar Matteus hazırda Avropanın ən güclü klubunun adını açıqlayıb.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, o, bu ada doğma komandasının layiq olduğunu bildirib:

“Mövsümün əvvəlində “Bayern”in nəticələri çox təsiredicidir. Komanda gücünü bir daha Frankfurt “Ayntraxt”ı ilə oyunda sübut etdi. Məncə, Vensan Kompaninin yetirmələri hazırda Avropanın ən yaxşı komandasıdır”.

Münhen təmsilçisi cari Bundesliqa mövsümündə ardıcıl 6 qələbə qazanıb, rəqib qapılarından 25 top keçirib və 18 xalla turnir cədvəlinə başçılıq edir. Kompaninin komandası ikinci yerdə olan Dortmund “Borussiya”sını 4 xal qabaqlayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button