Avropanın ən güclü 10 klubu – SİYAHI

UEFA 2024/25 mövsümünün yekunlarına əsasən Avropanın ən güclü futbol klublarının reytinqini təqdim edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, siyahıya “Real” başçılıq edir.

İkinci pillədə “Mançester Siti”, üçüncü yerdə isə Almaniyanın aparıcı klubu “Bayern” qərarlaşıb.

İlk onluğa daxil olan digər komandalar isə bunlardır:

“Liverpul” (İngiltərə), PSJ (Fransa), “İnter” (İtaliya), “Çelsi” (İngiltərə), “Borussiya (Dortmund, Almaniya), “Roma” (İtaliya) və “Barselona” (İspaniya).

UEFA Çempionlar Liqasının son mövsümündə PSJ çempion olub. Luis Enrikenin rəhbərlik etdiyi komanda finalda “İnter”i 5:0 hesabı ilə darmadağın edərək tarixə düşüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button