Avropanın ən çox qazanan futbolçuları SİYAHI

Fransanın “L Equipe” nəşri Avropanın ən çox məvacib alan futbolçularının adlarını açıqlayıb.

Komanda.az xəbər verir ki, siyahıya “Barselona”nın futbolçusu Lionel Messi başılıq edir. Argentinalı hücumçu aylıq 8,3 milyon avro gəlir əldə edir.

İkinci yerdə isə “Yuventus”un üzvü Kriştiano Ronaldodur. Onun aylıq qazancı Messidən iki dəfə az – 4,7 milyon avrodur.

1. Lionel Messi (“Barselona”) – 8,3 milyon avro

2. Kriştiano Ronaldo (“Yuventus”) – 4,7

3. Antuan Qrizmann (“Atletiko”) – 3,3

4. Neymar (PSJ) – 2,9

5. Luis Suares (“Barselona”) – 2,9

6. Qaret Beyl (“Real”) – 2,5

7. Filippe Koutinyo (“Barselona”) – 2,3

8. Aleksis Sançes (“Mançester Yunayted”) – 2,28

9. Kilian Mbappe (PSJ) – 1,73

10. Məsut Özil (“Arsenal”) – 1,6

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button