Avropanı tərk edə bilər – Qətərdən təklif alıb
“Bayern”in hücumçusu Erik-Maksim Çupo-Motinq Münhen klubunu tərk edə bilər.
Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı kamerunlu futbolçu Qətərdən təklif alıb.
Xəbərdə bildirilir ki, “Bayern” üçün təklif sərfəli olarsa, hücumçunu satmağa hazırdır.
Çupo-Motinq ötən mövsüm “Bayern”in heyətində bütün yarışlarda 25 oyunda 9 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin